Qazaxıstanın Malaya Saran kəndində naməlum şəxslər Çeçenistanın hazırkı rəhbərinin atası və respublikanın ilk prezidenti Axmat Kadırovun xatirə lövhəsini dağıdıblar.
KONKRET.az xəbər verir ki, sözügedən kənddəki başqa bir abidənin üzərinə isə təhqiramiz yazılar yazılıb.
Çeçenistan hakimiyyətinə müxalif teleqram kanallarından birinin dərc etdiyi videogörüntülərdə abidələrə hücum anı əks olunub. Gecə çəkilişində müəlliflər daş abidəni çıraqla yaxından göstərir, sonra onlardan biri onu əlindəki alətlə vurur. Onların üzləri görünmür və səsləri eşidilmir.
Qeyd edək ki, hər iki hadisə avqustun 6-na keçən gecə baş verib.
Burhan,
KONKRET.az