Qazaxıstanda partlayışda ölənlərin sayı 42-yə çatdı – YENİLƏNİBbackend

Qazaxıstanda partlayışda ölənlərin sayı 42-yə çatdı - YENİLƏNİB

Qazaxıstanın Karaqanda vilayətindəki Kostenko daş kömür şaxtasında baş vermiş qəza nəticəsində ölən mədənçilərin sayı 42-yə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 4 mədənçinin axtarışları davam edir.

Qeyd edək ki, ötən gün baş verən qəzaya görə Qazaxıstanda 29 oktyabr matəm günü elan edilib.

09:53

Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb. 

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Hazırda 35 nəfərin meyiti tapılıb, onlardan 29-u səthə çıxarılıb, 11 şaxtaçının aktiv axtarışları davam edir”, – məlumatda deyilir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev faciə nəticəsində həlak olan şaxtaçıların ailələri və yaxınları ilə görüşüb, başsağlığı verib. Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov isə Qazaxıstanın Baş naziri Alixan Smailova başsağlığı məktubu göndərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*