Qazaxıstanda pedofillər üçün cərrahi kastrasiya (axtalanma) qanunu qəbul edilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hakim partiya rəsmisinin sözlərinə görə, kişi libidosunu azaltmaq üçün yeridilən antiandrogen kimyəvi kastrasiyanın heç bir faydası olmadığına görə, cərrahi kastrasiya tətbiq ediləcək.
O bildirib ki, bir qrup insan tərəfindən bu, “insan hüquqlarının” pozulması kimi qiymətləndirilir. Bu səbəbdən yeni qərar bunun bütün pedofillərə tətbiq edilməyəcək.
Ömürlük həbsə məhkum edilmiş pedofillərə cərrahi kastrasiya olunmayacaq.