Qazaxıstanda rəqəmsal pul istifadəyə verildibackend

Qazaxıstanda rəqəmsal pul istifadəyə verildi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanda rəqəmsal tengenin buraxılması mərasimi keçirilib və ilk əməliyyatı milli ödəniş sisteminin rəhbəri Binur Jalenov həyata keçirib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, ölkənin Milli Bankının saytında verilən məlumata görə, rəqəmsal tengenin buraxılış mərasimi Qazaxıstan Maliyyəçilərinin XI Konqresi çərçivəsində baş tutub.

Bu tətbiq mərkəzi bankın rəqəmsal valyuta hesabına bağlı dünyada ilk debet ödəniş kartı hesab edilir.

Binur Jalenovun sözlərinə görə, ölkədə rəqəmsal tengəni ödəniş kartları ilə inteqrasiya edən texnologiya hazırlanıb və bunun sayəsində yeni texnologiyadan ApplePay, SamsungPay və digər xidmətlərdən istifadə etməklə dünyanın istənilən yerində istifadə etmək olar.

Rəqəmsal maliyyə infrastrukturunun inkişafı Qazaxıstan Mərkəzi Bankının nəzdində yaradılmış milli ödəniş korporasiyası tərəfindən həyata keçiriləcək. Rəqəmsal tengenin tətbiqinin 2025-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.

“Rəqəmsal tenge platforması ikinci dərəcəli bankların və onların müştərilərinin iştirakı ilə pilot rejimdə istifadəyə verilib. Platformanın arxitekturası bank müştərilərinə xidmət göstərən bankın mobil proqramında rəqəmsal hesab açaraq rəqəmsal tengedən yararlanmağa imkan verir”, – deyə Qazaxıstan Milli Bankının açıqlamasında deyilir.

Yeri gəlmişkən, rəqəmsal tenge fərdi elektron pul kisələrində qeydə alınacaq. Ekspertlər rəqəmsal pulların tətbiqini korrupsiyaya qarşı mübarizədə təsirli addımlardan biri sayır. Oflayn formatda nağdsız ödəniş mümkün olmadıqda bu sahədə neqativ hallar aradan tam qaldırıla bilər.

Qeyd edək ki, noyabrın 15-də ölkədə həm də milli valyutanın 30 illiyi qeyd olunur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*