Qazaxıstanda Rusiyanın “Tsarqrad” telekanalının efiri yarımçıq kəsilib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin İnformasiya və Sosial İnkişaf Nazirliyi məlumat yayıb.
Kanala giriş “ekstremizmin təbliğatına görə” bağlanıb.
Bundan əvvəl Qazaxıstan hakimiyyəti “Tsarqrad”a dörd dəfə xəbərdarlıq edib. Sonuncu xəbərdarlıq “Qazax millətçiləri Qələbə Günü ərəfəsində rus qadınlarına qarşı terror edir” başlıqlı dərc olunmuş məqalə ilə bağlı idi.
İndi kanalın saytı bütün Qazaxıstan ərazisində bloklanıb.
Burhan,
KONKRET.az