Qazaxıstanda saxlanılanların sayı 8 minə çatırbackend

Qazaxıstanda saxlanılanların sayı 8 minə çatır

Qazaxıstanda iğtişaşlar nəticəsində ümumilikdə 7939 nəfər saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyinin Situasiya Mərkəzi yayıb.

Bildirilir ki, xüsusən də, hüquq-mühafizə orqanlarının əməkdaşları Milli Qvardiyanın hərbi qulluqçuları və xüsusi qüvvələr ilə Almatı şəhərində iki bazarda 207 nəfəri saxlayıb. Həmçinin iğtişaşlar zamanı aksiya iştirakçıları tərəfindən qaçırılmış 5 avtomobil, 6 silah və digər əşyalar aşkar edilərək götürülüb.

Xatırladaq ki, Qazaxıstanda yanvarın 2-də respublikanın Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinlərinin maye qazın qiymətinin aşağı salınmasını tələb etməsindən sonra başlayan kütləvi etiraz aksiyaları davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*