Qazaxıstanda təyyarə qəzasında həlak olanların xatirəsinə mahnı bəstələndi – VİDEObackend

Qazaxıstanda təyyarə qəzasında həlak olanların xatirəsinə mahnı bəstələndi - VİDEO

Qazaxıstanlılar Aktau yaxınlığında baş vermiş faciəli təyyarə qəzasının qurbanlarının xatirəsinə “Теңіз-жүрек” (“Dəniz ürəyi”) adlı mahnı təqdim ediblər.

KONKRET.az xəbər verir ki, Qazax və Azərbaycan dillərində ifa olunan kompozisiya xalqlar arasında birlik və səmimi dostluğun rəmzinə çevrilib.

Kompozisiyanın musiqisi Renat Qaysinə, sözləri isə Daniyar Aldabergen və Elmira Dehqaniyə aiddir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Report

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*