Qazaxıstanda türk birliyi ilə bağlı MÜHÜM KONFRANS – FOTOLARbackend

Qazaxıstanda türk birliyi ilə bağlı MÜHÜM KONFRANS - FOTOLAR

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Bu gün Beynəlxalq Türk Akademiyası Qazaxıstanın Nur-Sultan şəhərində Milli Akademik Kitabxanada “Türk dünyası: tarixi və mədəni irs” adlı beynəlxalq konfrans keçirib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki,  tədbirdə TÜRKPA Baş Katibi Altınbek Mamayusupov, Türk Şurasının Baş Katibi Xəlil Akıncı, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı, Azərbaycanın Polşadakı keçmiş səfiri Həsən Həsənov və başqaları iştirak edib. Keçmiş dövlət katibi Osmanakun İbrahimov, Türk Şurası Baş katibinin müavini Ömər Kocaman, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Türkiyə səfiri Ufuk Ekidji, senat üzvləri, görkəmli ictimai və dövlət xadimləri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Rusiya, ABŞ, İtaliya, Monqolustan, Almaniya və digər 20-dən çox ölkədən tanınmış türkoloq və mütəxəssislər də toplantıya qatılıblar.

Onlayn iclas zamanı Türk Akademiyası tərəfindən hazırlanmış “Türk dünyası: tarixi və mədəni atlas” adlı fundamental elmi əsərin təqdimatı keçirilib. Qazaxıstan Respublikasının İlk Prezidenti Nursultan Nazarbayevin ön sözü ilə nəşr olunan nadir nəşrdə məşhur səyyahlar tərəfindən hazırlanmış mühüm xəritələr və əcdadlarımızın zəngin irsi haqqında mühüm və dəyərli məlumatlar yer alıb.

Konfransa Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı sədrlik edib. İclasın müstəqilliyin 30-cu ildönümünə həsr olunduğunu qeyd edən təşkilat rəhbəri Kasım-Jomart Tokayevin “Egemen Qazaxıstan” qəzetindəki məqaləsindən söz açıb.

Türk dünyasının ilk tarixi və mədəni atlasının təqdimatından sonra çıxış edən TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov misilsiz nəşri yüksək qiymətləndirərək Qazaxıstan Prezidenti K. Tokayevin proqram məqaləsindəki fikirlərinin bütün qardaş ölkələr üçün vacib olduğunu qeyd edib.

Türk Şurasının Baş katibi Xəlil Akıncı müasir Sibir, Monqolustan, Qara dəniz və Aralıq dənizinə qədər geniş ərazilərdə məskunlaşmış türk xalqlarının zəngin mədəniyyətindən bəhs edib.

Həsən Həsənov isə çıxışında iştirakçıları ilk tarixi və mədəni atlasın nəşri münasibətilə təbrik edib və Türk Akademiyasına səmimi təşəkkürünü bildirib. “Türk xalqlarının gücü birlikdədir. Köklü ortaq tarixi köklərimiz bu gün birliyimizi möhkəm saxlamağımız üçün əsas amildir”, – deyə o bildirib.

Qırğızıstanın keçmiş dövlət katibi Osmonakun İbrahimov Türk dünyası və XXI əsrin geosiyasi təhdidlərindən bəhs edərək, “Türk Dünyası” atlasının nəşrinin vacib bir addım olduğunu qeyd edib.

Frankfurt Universitetinin professoru, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Filologiya İnstitutunun baş elmi işçisi İrina Nevskaya konfrans iştirakçılarını Türk dövlətlərinin müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik edib və atlasın əhəmiyyətindən danışıb. O, qədim türk kitabələrinin əsas xüsusiyyətləri və yayılma coğrafiyası haqqında da geniş danışıb.

“Türk Dünyası:Tarixi-Mədəni İrs” atlasında digər türkdilli dövlətlərlə yanaşı Azərbaycanın tarixinə, maddi-mədəni mirasına geniş yer ayrılıb. Burda dünyanın nüfuzlu arxivlərindən və mənbələrindən tarixin müxtəlif dövrlərinə aid nadir xəritələr əks olunub, Qobustan qayaüstü rəsmlərindən tutumuş, Saklar dönəminə aid Mingəçevirdə tapılan qədim tarixi nümunələr, yenicə işğaldan azad etdiyimiz Xudafərin körpüsü, Naxçıvandakı Möminə Xatun türbəsi, Şirvanşahlar sarayı, İrəvandakı Azərbaycana məxsus tarixi Göy Məscid, Qarabağ atları, habelə müxtəlif azərbaycanlı tarixi şəxsiyyətlər barədə məlumatlar və digər önəmli informasiyalar cəmlənib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*