Qazaxıstanda üçdilli dərslər ləğv edilirbackend

Qazaxıstanda üçdilli dərslər ləğv edilir

Qazaxıstanın təhsil naziri Asxat Aymaqambetov ibtidai siniflərdə üç dildə tədrisin ləğv olunduğunu açıqlayıb. 

KONKRET.az “Sputnik Qazaxıstan”a istinadla xəbər verir ki bu ölkənin təhsil naziri Asxat Aymaqambetov vətəndaşları qərarda başqa məna axtarmamağa çağırıb:

“Bundan sonra məktəblərdə birincilər eyni vaxtda üç dili öyrənməli olmayacaq. Nazirlik məktəb proqramına korrektələr etmək, tədrisin qazax dilində aparıldığı məktəblərdə yalnız dövlət dilinin, rusdilli məktəblərdə isə ibtidailərə qazax dilinin öyrədilməsi barədə düşünür. İngilis dili isə üçüncü sinifdən keçiləcək”.

Qeyd edək ki, bugünədək Qazaxıstan məktəblərində birincilər eyni vaxtda üç dili – qazax, rus və ingilis dillərini öyrənirdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*