Qazaxıstandakı etirazların arxasında ABŞ yoxsa Rusiya dayanıb? – Gürcülərdən səs-küylü CAVABLARbackend

Qazaxıstandakı etirazların arxasında ABŞ yoxsa Rusiya dayanıb? - Gürcülərdən səs-küylü CAVABLAR

Qazaxıstanda baş verən hadisələr Gürcüstandakı sosial şəbəkə istifadəçiləri tərəfindən fəal müzakirə olunur. Qazaxıstandakı etirazların səbəbləri, təhrikçiləri və hərəkətverici qüvvələrinin kimliyi haqda müxtəlif mülahizələr irəli sürülür.

KONKRET.az xəbər verir ki, qərbyönlü siyasətçilərin və analitiklərin səhifələrində Rusiyaya qarşı ittihamlar səslənir. Müstəqil sosial şəbəkə istifadəçiləri hesab edir ki, tərəfdaş dövlətdə baş verənlər ən az Rusiyanı razı salırdı.

“Qazaxıstanın Azadlıq Cəbhəsi”ni yaratdıqlarını elan edən etirazçıların əsas məqsədi KTMT-yə (Rusiyaya) qarşı mübarizə və ölkənin azad edilməsidir” – bir gürcü ekspert öz sosial şəbəkə hesabında yazmışdı. Daha sonra onun mövzu ətrafında bir sıra paylaşımları oldu. Gürcü ekspert “qazaxların ruslara qarşı mübarizəsi” mövzusunda da bir sıra yazılar dərc edib. Ekspert son yazılarının birində sevinclə bildirirdi ki, “bir neçə saatdır Almatı şəhərinin ətrafında ağır döyüşlər gedir, bunun məsuliyyətini isə “Qazaxıstanın Azadlığı Cəbhəsi ” öz çiyinləri üzərində daşıyır.

Beləliklə Gürcüstanda KTMT qoşunlarına qarşı döyüşənlərə çoxlu pərəstişkarların olduğu ortaya çıxdı: “Allah onlara kömək olsun! Xarici dəstək məcburidir, əks halda onlar üçün çox çətin olacaq” – başqa bir gürcü öz sosial şəbəkə hesabında yazmışdı.

Digər sosial şəbəkə istifadəçisi isə hətta “Qazaxıstanın Azadlıq Cəbhəsi”nə Rusiya üzərində tarixi qələbə qazanmağı arzulamışdı.

Bu hadisələrin arxasında Rusiyanı deyil, Qərbi görən başqa bir gürcü analitik isə Qazaxıstanda baş verənlərə öz səhifəsində  başqa rakursdann yanaşıb: “Rusiyaya Qazaxıstanda iğtişaşlar törətmək, NATO və ABŞ-la baş tutacaq çətin danışıqlar öncəsi yeni başağrısı qazanmaq lazım idimi? Mənim subyektiv fikrimcə, belə bir şey Rusiyaya gərək deyildi.  Qarşı tərəf Rusiya ilə danışıqlar başlamamış onun qonşuluğunda iğtişaşlar törətməklə kifayətlənməyib. Hələ buna görə, Kremldən Qazaxıstana müdaxilənin nə dərəcədə qanuni olmasına dair izahat da tələb edir” – gürcü ekspert yazıb.

“Rusiyanın iğtişaşlara ehtiyacı yox idi, xüsusən “Baykonur” Qazaxıstandadır və onu riskə atmaq tam axmaqlıqdır. Siz Putini axmaq adlandıra bilməzsiniz … Rəngli inqilabların ruhu Qazaxıstandakı hadisələrdən qaynaqlanır” – digər istifadəçi bildirib.

“ABŞ Qazaxıstan hökumətini etirazçıların hüquqlarını müdafiə etməyə çağırır. Bəs niyə ABŞ özü “Ağ Ev”ə hücumda iştirak edənlərin hüquqlarını qorumadı? Dərhal atəş açdılar” – deyə bu müzakirənin təşəbbüskarı fikirlərə nöqtə qoyub.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*