Qazaxıstandakı nümayişlərdə iştirak üçün pul verildiyini iddia edən şəxs məşhur musiqiçi imişbackend

Qazaxıstandakı nümayişlərdə iştirak üçün pul verildiyini iddia edən şəxs məşhur musiqiçi imiş

Qazaxıstandakı nümayişlərdə iştirak etmək üçün qonşu ölkələrin sakinlərinə pul verildiyini iddia edən və iğtişaşlar zamanı Almatıda saxlanılan şəxs Bişkekdən olan caz orkestrinin rəhbəri Vikram Ruzaxunov olub.

KONKRET.az xəbər verir ki, məlumatı musiqiçinin yaxınları təsdiqləyib. İnsidentlə əlaqədar Qırğızıstanın Xarici İşlər Nazirliyi hazırda öz vətəndaşının Qazaxıstanda saxlanma şəraitini aydınlaşdırdığını açıqlayıb.

“Bu, Qırğızıstanda məşhur caz ifaçısı Vikram Ruzaxunovdur. O, tez-tez Qazaxıstana gedir, orada konsertlərdə iştirak edir. Onu dünya caz aləmində çoxları tanıyır. Biz onu tanıyırıq və sevirik! Xahiş edirəm, onun üzərinə heç nə yıxmayın, buraxın. O, sadə musiqiçidir!” – deyə Azis Abəkirov “Twitter”-dəki mikrobloqunda yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*