Qazaxıstanın enerji tarixində İLK: İstehlak rekord həddə çatdı – Ölkədə məhdudiyyətlər tətbiq edilirbackend

Qazaxıstanın enerji tarixində İLK: İstehlak rekord həddə çatdı - Ölkədə məhdudiyyətlər tətbiq edilir

Qazaxıstanda elektrik enerjisi istehlakı bu ilin dekabr ayında əhəmiyyətli dərəcədə artıb. Yaranan kəsir fonunda elektrik şəbəkələrinin idarə olunması üzrə milli operator “KEGOC” məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə “CentralAsia” məlumat yayıb. Məlumatda bildirilir ki, 2022-ci il dekabrın 7-də Qazaxıstanın enerji sistemi tarixində maksimum istehlak (16 459 MVt ) qeydə alınıb. Ölkənin elektrik stansiyalarının ümumi istehsalı isə cəmi 15 203 MVt təşkil edir. Kəsir Rusiya enerji sistemindən planlaşdırılmayan axınlar hesabına ödənilib.

“Qazaxıstanda elektrik enerjisi və enerji ehtiyacını ödəmək üçün sistematik istehsal çatışmazlığı elektrik stansiyalarında tez-tez fövqəladə və plandankənar təmir işləri ilə əlaqədar yaranır. Əhəmiyyətli disbalans kontekstində Qazaxıstan UES-nin etibarlı işləməsini təmin etmək üçün Sistem Operatoru Şimal, Cənub, eləcə də Qərb zonasında “Qəza” rejimini elan etməyə məcburdur. Həmçinin iri sənaye müəssisələri tərəfindən elektrik enerjisinin istehlakına məhdudiyyətlərin tətbiqi də gündəmdədir” – məlumatda bildirilir.

Şirkət həmçinin vurğulayıb ki, məhdudiyyətlər əhalinin enerji ehtiyaclarına təsir etməyəcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*