Qazaxıstanın xeyriyyə sərgi-yarmarkasında Azərbaycan stendi – FOTOLARbackend

Qazaxıstanın xeyriyyə sərgi-yarmarkasında Azərbaycan stendi - FOTOLAR

Qazaxıstanın paytaxtı Nur-Sultanda ənənəvi olaraq Yeni il qabağı xeyriyyə sərgi-yarmarkası keçirilib.

KONKRET.AZ-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, yarmarkada Azərbaycandan gətirilən məhsullar, milli mətbəximizin ləziz təamları, şirniyyatlar, milli suvenirlər böyük marağa səbəb olub.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanda Akkreditə Olunmuş Diplomatik Korpus Rəhbərlərinin Xanımları Klubunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən aksiyada ölkəmizi Azərbaycanın Qazaxıstandakı səfirliyi təmsil edib. Xeyriyyə yarmarkasında şəhər sakinlərinə və qonaqlara Azərbaycan xalçaları, şallar, kəlağayılar, kulinar nəşrlər, suvenirlər, milli kulinariyamıza aid olan şəkərbura, paxlava və digər şirniyyat növləri, müxtəlif növ çay məhsulları, mürəbbə və kompotlar təqdim olunub.

Qeyd edək ki, Diplomatik Korpus Rəhbərləri Xanımlarının Klubu xalqlar arasında etimad körpüsünün möhkəmləndirmək və təmsil etdikləri ölkələrin tarixi, mədəniyyəti, coğrafiyası barədə məlumat vermək məqsədilə vaxtaşırı belə aksiyalar təşkil edir. Bu dəfəki Xeyriyyə sərgi-yarmarkasından əldə edilən gəlirlər ehtiyacı olan uşaq evlərinə göndəriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*