Xromtauda yerli icra başçısı məhkəmə qarşısına çıxıb. Sağındıq Şabikbayevin rüşvət almaqda şübhəli olduğu bildirilir. O, hələ noyabr ayında həbs olunmuşdu və artıq istintaq başa çatıb. Bu gün – 11 dekabr tarixində Xromtau rayon məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu barədə “Diapazon” məlumat yayıb.
KONKRET.az xəbər verir ki, Sağındıq Şabikbayev 2023-cü ildə keçirilən seçkilərdə qalib gəldikdən sonra şəhərin hakimi təyin olunmuşdu. Yanvarın 11-də Xromtauda yeni hakim seçkiləri keçiriləcək. Namizədlərin siyahısı isə yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, bundan əvvəl Aktau şəhərində nəqliyyat prokuroru Aslan İsanov da rüşvət alarkən yaxalanmışdı. O, iki il yeddi ay müddətinə azadlıqdan məhrum edilib.
Ağagül Mürsəlov,
KONKRET.az
