Qazaxıstanlı oliqarxlar HƏDƏFDƏ: Nyu-York məhkəməsi onları beynəlxalq cinayətkar kimi tanıya bilərbackend

Qazaxıstanlı oliqarxlar HƏDƏFDƏ: Nyu-York məhkəməsi onları beynəlxalq cinayətkar kimi tanıya bilər

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (KNB) keçmiş rəhbəri Kərim Məsimov, qazaxıstanlı oliqarx Kayrat Boranbayev və Qazaxıstan baş nazirinin müşaviri Marat Beketayev beynəlxalq cinayətkar kimi tanına bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Gülnarə Bajkenovanın rəhbəri olduğu “Orda kz” portalı “Intelligence” nəşrinə istinadən məlumat yayıb. Məlumata görə, bu şəxslər xüsusilə ABŞ-da eyni anda bir neçə epizod üzrə ümumi cinayət ittihamları ilə üzləşə bilərlər. Buna səbəb moldovalı iş adamları Anatoli və Qabriel Stati tərəfindən Nyu-York Məhkəməsində Qazaxıstanın “Ascom Group S.A” şirkətinə qarşı qaldırılan iddiadır. Belə ki, uzun illər Qazaxıstan hakimiyyəti tərəfindən uğursuz təqiblərə məruz qalan moldovalı iş adamları yeni müdafiə xətti qurublar. Amerika məhkəməsi vasitəsilə onlar Məsimov, Boranbayev və Beketayevlə bağlı istənilən sənədlərlə tanış olmağı tələb edirlər.

Qeyd edək ki, Stati ailəsi Boranbayevi uzun illər Qazaxıstanın maraqlarını xaricdə təmsil edən və Ədliyyə Nazirliyinin əsas podratçısı olan “Bolashak Consulting Group” LLP-ni maliyyələşdirməkdə günahlandırır.“Bolashak Consulting Group” LLP isə ədliyyə naziri Beketayevə və Almatı şəhərinin keçmiş meri Bauyrjan Baibekə məxsusluğu ilə tanınır. Bundan əlavə, Stati ailəsi Məsimovu ailəyə qarşı cinayət təqibi hazırlamaqda ittiham edir. Eyni zamanda, Boranbayev və digər qazaxıstanlı oliqarx Timur Kulibayev, həmçinin onun sinqapurlu biznes ortağı Arvindo Tiku ailənin qaz emalı zavoduna basqında və onu müsadirə etmək cəhdində günahlandırılır.

Məlumat üçün bildirək ki, Stati ailəsi tərəfindən hələ də ittiham olunmayan yeganə şəxs bu hadisələrin iştirakçısı, birbaşa sübutları hazırlayan və ittihamı təşkil edən, daha sonra isə İqtisadi və Korrupsiya Cinayətləri ilə Mübarizə Agentliyinə rəhbər təyin olunan Senatın üzvü Kayrat Kozhamjarovdur.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*