Qazaxlarla özbəklərin fərqi nədir? – MARAQLI DETALLARbackend

Qazaxlarla özbəklərin fərqi nədir? - MARAQLI DETALLAR

“Özbək mənim qardaşımdır, sart mənim qurbanımdır” – qazax atalar sözündə belə deyilir. Bu atalar sözü Özbəkistanın adını daşıyan ərazilərin köçəri və oturaq sakinləri arasında fərqliliyi bir daha aydın göstəriri. Tarix sübut edir ki, Özbəkistanda yaşayan xalqın uzun müddət vahid adı olmayıb. Bütün Şərq dünyasında olduğu kimi, yerli əhali şəhər və bölgələrə, ya da qəbilələrə aid edilirdi.

Bəzi mənbələrdə deyilir ki, özbəklərə ümumi ad 1920-ci illərdə Sovet hakimiyyətinin Orta Asiyada yerliləşdirmə və milli sərhədlərin müəyyən edilməsi siyasətinin bir hissəsi kimi verilib.

Daha qədim tarix isbat edir ki, özbəklər 16-cı əsrin əvvəllərində cənuba doğru gedərək Mavərünnəhri fəth etdikdən sonra Buxara xanlığını qurublar. Həmin dövrdən etibarən qazaxların ən yaxın qohumları olan bu bu xalq imtiyazlı bir təbəqəyə çevrildilər. Onların törəmələrindən biri də Tacikistanda yaşayan Deşt-i-Qıpçaq köçərilərinin varisləri olan lakaylardır.

Yaxşı, bəs qazaxlarla özbəklər arasındakı fərqlər hansılardır?

Bəlkə də əsas fərq onların etnik mənşəyindədir. Qazaxların genetik tədqiqatları göstərir ki, onların əcdadları min illər boyu bu ərazidə yaşayıblar. Bu baxımdan, Qazaxıstanın müasir sakinlərinin genetic kodları qədim skif kurqanlarında tapılmış döyüşçülərlə eynidir.

Tarixçilərin gəldiyi yekdil rəy isə əsasən bundan ibarətdir ki, Orta Asiyanın türk xalqları Monqol İmperiyasının məqsədyönlü siyasəti nəticəsində formalaşmağa başlayıb. Güclü skif mənşəli bir xalq olan Şərqi Kumanların keçmiş mülkləri XIII əsrdə monqol mənşəli tayfalar tərəfindən işğal edilib. Bu qarışıqdan keçid irqi tipi olan qazaxları meydana çıxardı. Onların arasında xalis monqoloidlər də var, kifayət qədər avropalı görünənlər də var. Qazaxlar arasında mavi və ya yaşıl gözlü, eləcə də sarı saçları olanlara da çox rast gəlmək olar.

Özbəklərin əsasını isə qədim Soqd sivilizasiyasının sakinləri təşkil edir. Bu sivilizasiya isə hind-avropalılardan ibarət olub. Türk Xaqanlığının yarandığı VI əsrdən başlayaraq burada müxtəlif köçəri qruplar yaşamağa başlamış və məhz həmin mərhələdən sonra həyat tərzini dəyişməyə başlamışlar. Monqol hakimiyyəti illərində bölgəyə monqolların özləri ilə yanaşı eləcə də fərqli mənşəli türklər gəlməyə başlamışdı.

Bundan isə belə nəticələr çıxır ki, qazaxlar yaxın vaxtlara qədər köçəri olub, maldarlıqla məşğul olublar. Özbəklərin isə qədim məşğuliyyəti oturaq əkinçilik olub. Buna görə də hər iki xalqın fərqli mədəniyyəti, mətbəxi və xalq adətləri var. Qazaxlar bütün çöl köçəriləri kimi cəsur, birbaşa və öz kökləri ilə fəxr edirlər. Özbəklər daha sakitdirlər, amma dəyərlərini bilirlər. Onlar çox işgüzardırlar – onların əcdadları soqdlar ticarətlə məşğul olan xalq olublar.

Çöl və oturaq mədəniyyətlər işə münasibətlərin formalaşmasına ciddi fərqli təsir göstərir. Qazaxlar uzun müddət çılğın templə işləyə bilər, amma sonra bir o qədər dincəlməyi də üstün tuturlar. Qazaxların məşğul olduğu maldarlıq mövsümi işdir. Özbəklər daha ölçülü işə öyrəşiblər, əkinçilərin bacardığı kimi öz səylərini hesablayırlar. Təbii ki, müasir sivilizasiya bu vərdişlərə düzəlişlər edir.

Qazax mətbəxində əsasən ət və ət məhsulları üstünlük təşkil edir, Ancaq un məhsullarına da çox böyük hörmət edilir, çünki bbu tipli ərzaqlar yaxşı saxlanılırdı – bu, köçərilər üçün əlverişlidir. Özbək mətbəxi daha müxtəlifdir, çünki fermerlərin təkcə ev heyvanlarını saxlamaq deyil, həm də meyvə və tərəvəz yetişdirmək imkanı var idi. Məşhur özbək plovunun tərkibində düyü, quzu əti, noxud, soğan, yerkökü, kişmiş var.

Bu xalqların psixologiyası fərqlidir. Əsl qazax üçün yüz mil uzun yol deyil. Özbəklərin isə məişəti rəngarəngdir. Belə ki, qazax əgər varlanarsa, əlində olan pulu təzə maşına xərcləyəcək, çünki atlının ən yaxşı dostu onun sadiq atıdır. Özbək isə böyük məmnuniyyətlə evinin abadlaşdırılması ilə məşğul olacaq. Təbii ki, onların hər ikisi böyük bayramları sevir və bütün şərq xalqları kimi çox qonaqpərvərdirlər.

Özbəklər və qazaxlar türk dillərinin müxtəlif qruplarına – müvafiq olaraq Karluk və Qıpçaq dillərində danışırlar. Karluklar Orta Asiyada genişlənməyə başlayan, orada dövlət quran, İslam dinini qəbul edərək əkinçiliyə keçən ilk çöl tayfalarından biri idi. Rusiya tarixində Kuman adı ilə tanınan qıpçaqlar köçəri həyat tərzinin qızğın tərəfdarları idilər. Buna görə də xalqlar böyük məsafələri – Krım yarımadasından Sibirə qədər mənimsəmişlər.

KONKRET.az-ın ARAŞDIRMA QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*