“Qazprom” Moldovaya qaz nəqlini dayandırır – Ölkə prezidenti əhaliyə müraciət etdibackend

"Qazprom" Moldovaya qaz nəqlini dayandırır - Ölkə prezidenti əhaliyə müraciət etdi

Rusiyanın “Qazprom” şirkəti  Moldovanı mavi yanacağın nəqlini dayandırmaqla hədələyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Moldovanın “qazprom”a borclu olması və pulu ödəməməsidir.

Moldovanın Baş naziri Natalya Qavrilitsa bildirib ki, ölkə yanvarın 20-dək artıq aldığı qaza görə borcunu ödəməsə, “Qazprom” mavi yanacağın tədarükünü müvəqqəti dayandıracaq:

“Dünən “Qazprom” Moldovaqaz-a rəsmi məktub göndərərək, yanvarın 20-dək cari istehlakın tam ödənilmədiyi halda Moldova Respublikasına təbii qazın tədarükünü dayandıracağını bəyan edib” – Qavrilitsa vurğulayıb.

Bununla bağlı Moldovada Fövqəladə Hallar Komissiyasının iclası keçiriləcək və orada mövcud vəziyyət təhlil ediləcək. Sonra hökumətin iclası keçiriləcək və Qavrilitsa qəbul edilmiş qərarlar barədə məlumat verəcək. Baş nazirin sözlərinə görə, o, ölkə parlamentini enerji sahəsində fövqəladə vəziyyət tətbiq etməyə çağırmağı planlaşdırır.

Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moldovaya qaz tədarükü ilə bağlı vəziyyətin kommersiya razılaşmaları çərçivəsindən kənara çıxmadığını açıqlayıb.

Qeyd edək ki, “Qazprom”un verdiyi vaxt dünən başa çatıb. Moldova baş nazirinin müavini Andrey Spinu əmin edib ki, hökumət bütün öhdəliklərini yerinə yetirəcək, xüsusən də tarifin gözlənilən artımını kompensasiya edəcək və hər bir evə qaz verilməsi təmin olunacaq.

Moldova prezidenti Maya Sandu ölkədəki qaz böhranı ilə əlaqədar respublika vətəndaşlarına müraciət edərək, hökumətin tariflərin artırılmasını tam kompensasiya edə bilməyəcəyini deyib və bu səbəbdən də insanları rasional enerji istehlakına çağırıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*