Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub.
KONKRET.az xəbər verir ki, turun son matçında “Qəbələ” “Sumqayıt”ı qəbul edib. Meydan sahibləri 2:1 hesabı ilə qalib gələrək, yenidən 2-ci pilləyə yüksəlib.
21 noyabr (bazar)
16:00. “Qəbələ” – “Sumqayıt” – 2:1
Qollar: Ülvi İsgəndərov, 65, Rafael Utziq, 67, – Höccət Haqverdi, 80
Qırmızı vərəqə: Vurğun Hüseynov, 84
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Tural Qurbanov
Qəbələ şəhər stadionu