Qəbələdə avtomobil piyadanı vurdubackend

Qəbələdə avtomobil piyadanı vurdu

Qəbələdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Zarağan kəndi ərazisində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan, 99 RG 496 dövlət nömrə nişanlı, “VAZ-21099” markalı maşının sürücüsü yolu keçmək istəyən yaşlı kişini vurub.

Yaralı ağır vəziyyətdə ambulansla xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır./“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*