Qəbul imtahanlarına hazırlaşanların NƏZƏRİNƏ!backend

Qəbul imtahanlarına hazırlaşanların NƏZƏRİNƏ!

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarına hazırlaşan abituriyentlərə dəstək məqsədilə mütəmadi olaraq “otk.az” portalı vasitəsilə imtahan modelinə uyğun onlayn sınaq imtahanları keçirir.

DİM-dən KONKRET.az-a bildirilib ki, “otk.az” portalına ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə (I, II, III və IV ixtisas qrupları üzrə) uyğun yeni №3 2021 sınaq imtahanı (Azərbaycan və rus bölmələri üçün) əlavə olunub. Abituriyentlər sınaq imtahanı verməklə özlərinin imtahana hazırlıq səviyyələrini yoxlaya bilərlər.

Onlayn sınaq imtahanı vermək istəyənlər “otk.az” portalında qeydiyyatdan keçərək günün istənilən vaxtında biliklərini yoxlamaq imkanına malikdirlər.

Onlayn imtahan başa çatan kimi iştirakçılar imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə və öz cavabları ilə düzgün cavabları müqayisə edə bilərlər.

Qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə “otk.az” portalının “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*