Qədim türk dilində ilk Quran kitabı təqdim olundu – FOTOLARbackend

Qədim türk dilində ilk Quran kitabı təqdim olundu - FOTOLAR

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Bu gün Beynəlxalq Türk Akademiyası Hacı Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universiteti ilə birlikdə Türküstanda “Türküstan – Türk dünyasının mənəvi paytaxtı” adlı beynəlxalq konfrans keçirib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Əhməd Yasəvinin məqbərəsini ziyarət edərək ehtiramlarını bildiriblər.

Konfransı Türk Akademiyasının rəhbəri Darhan Kıdıralı açaraq bildirib ki, “Türk inteqrasiyasının memarlarından biri olan Nursultan Nazarbayev strateji planda Türküstanın dirçəlişinə daim diqqət yetirib. Dövlət başçısının dəstəyi ilə inşa edilən yeni Nur-Sultan şəhəri ölkənin siyasi mərkəzinə çevrilib və Türküstan şəhəri ilə vəhdət şəkildə inkişaf edir.

Konfrans zamanı Qaraxanilər dövləti dövründə (X əsr) qədim türk dilinə tərcümə edilmiş Quranın təqdimatı olub. Beynəlxalq Türk Akademiyası tərəfindən nəşr olunan bu bənzərsiz nəşr Quran tərcüməsinin dövrümüzə qədər gəlib çatmış ən qədim və ən mükəmməl versiyasıdır. Bu gün əlyazma İstanbulda Türk və İslam Sənəti Muzeyində saxlanılır.

Konfransın sonunda Beynəlxalq Türk Akademiyasının fəxri diplomları təqdim edilib.

Tədbirdən sonra qonaqlar Türküstan şəhərinin Türk dünyası üçün əlamətdar olan tarixi yerlərini ziyarət ediblər və yeni inzibati binalarla tanış olublar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*