Qəfil ölən əməkdar artistin həyatı: Polkovnik, vəzifəsi…backend

Qəfil ölən əməkdar artistin həyatı: Polkovnik, vəzifəsi…

Xəbər verdiyimiz kimi, bu gün əməkdar artist Cabir İmanov dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, Cabir Qorxmaz oğlu İmanov 22 iyun 1976-cı ildə Bakıda anadan olub. Atası AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru Qorxmaz İmanov, babası isə məşhur xalq artisti, bəstəkar Süleyman Ələsgərovdur.

O, 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib.

1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib.

1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib. DTX Mədəniyyət mərkəzinin rəisi idi.

1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub.

2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Ailəli idi, 4 övladı var.

O, aktyor Tahir İmanovun qardaşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*