Tanınmış kino prodüseri haqqında məhkəmə hökm verdibackend

Tanınmış kino prodüseri haqqında məhkəmə hökm verdi

Tanınmış kino prodüseri Aleksandr Rodnyanski qiyabi olaraq 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

KONKRET.az xəbər verir ki, Rodnyanski (“9-cu rota”, “Leviafan”, “Piter FM” və s. filmlərə prodüserlik edib) Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ölkəni tərk edib. Daha sonra 2023-cü ildə ona qarşı Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatların yayılması maddəsi ilə iş açılıb. Buna səbəb sosial şəbəkələrdə bir neçə paylaşım olub.

Oktyabrın 21-də Moskvanın Basmannı məhkəməsi prodüseri qiyabi olaraq ümumi rejimli koloniyada 8,5 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə həmçinin onu 4 il müddətinə saytın administrasiyası ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*