QƏRAR VERİLDİ: Türkiyə NATO-nun bu sammitinə ev sahibliyi edəcəkbackend

QƏRAR VERİLDİ: Türkiyə NATO-nun bu sammitinə ev sahibliyi edəcək

NATO-nun bəyannamə layihəsində Türkiyənin 2026-cı ildə keçiriləcək NATO Liderlər Sammitinə ev sahibliyi edəcəyi qeyd olunub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat iyul ayında Vaşinqtonda baş tutacaq növbəti sammit öncəsi yayımlanan ilkin sənəddə yer alıb.

Qeyd edək ki, NATO-nun liderlər səviyyəsində keçirilən görüşləri təşkilatın gələcək istiqamətləri, təhlükəsizlik prioritetləri və qlobal təhlükələrə qarşı birgə cavab mexanizmlərinin müəyyən olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Türkiyənin sammitə ev sahibliyi etməsi, onun NATO daxilindəki strateji mövqeyini və təşkilatdakı rolunu bir daha önə çıxarır. Bu qərarın rəsmi olaraq iyul sammitində təsdiqlənəcəyi gözlənilir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*