“Qərb bizi fəlakətə aparır. Olkəmizi ağalarınızın süfrəsinin qırıntılarına dəyişməyin!”backend

Qərb bizi fəlakətə aparır. Olkəmizi ağalarınızın süfrəsinin qırıntılarına dəyişməyin!”

“Qərbin beşinci kolonu görün bizə nə təklif edir: “Bahalı qaz, Rusiyanın taxıl məhsullarından və enerji resurslarından imtina. Rusiya və Aİİ bazarlarından çıxmaq, Larsdan keçən yoldan istifadə etməmək. Bu, heç bilirsiniz nə deməkdir? Beşinci kolon beləcə Ermənistanı Avropa Birliyinə doöru itələmək və bununla da ölkə iqtisadiyyatını və dövlətçiliyini məhv etmək niyyətini gizlətmir”.

KONKRET.az xəbər verir ki, bu fikirlər Ermənistan internet televiziyasında gedən müzakirələrdə səslənib.

Proqramda bildirilir ki, Ermənistan taxıl məhsullarının 99%-dən çoxunu Rusiyadan alır. Yeri gəlmişkən, Gürcüstan taxılın 86 faizini, unun isə 99 faizini Rusiyadan alır. 2023-cü ildə Ermənistanın Aİİ ilə ticarət dövriyyəsi 7,6 milyard dollar, Rusiya ilə isə 7,3 milyard dollar təşkil edib. 2023-cü ildə Rusiyadan Ermənistana 3,9 milyard dollar köçürülüb.

“Qərb ağalarının süfrəsinin qırıntıları ilə qidalana bilmək üçün bu pisliklər Ermənistanın suverenliyini və dövlətçiliyini qurban verməyə hazırdırlar”, – deyə verilişin aparıcısı bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*