Qərb çətin vəziyyətdə qalıb: Rusiya-Ukrayna müharibəsi hələ nə qədər davam edəcək?backend

Qərb çətin vəziyyətdə qalıb: Rusiya-Ukrayna müharibəsi hələ nə qədər davam edəcək?

“Artıq Ukrayna ordusu tükənib və onlar öz ərazilərini işğaldan azad etmək üçün hücuma keçə bilməyəcəklər”. Bu fikirlər Almaniya Müdafiə Nazirliyinin açıqlamasında öz əksini tapıb. Artıq Qərb dövlətləri də Ukraynanın tükəndiyini və müharibəni aparmaq gücündə olmadığını qəbul edirlər. Belə bir vəziyyətdə müharibənin sonrakı aqibəti sual doğurur. Rusiya-Ukrayna müharibəsi hələ nə qədər davam edəcək?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətovun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi elə bir həddə çatıb ki, artıq bir ay sonra hansı hadisələrin baş verəcəyini proqnoz etmək mümkünsüzdür. Çünki hər dəqiqə cəbhədə vəziyyət dəyişir.

Samir Hümbətov: Ermənistanda siyasi vəziyyətin ağırlaşması kim və nə üçün  lazımdır? - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

“Hazırda Ukrayna cəbhəsində müəyyən bir durğunluq hiss olunur. Amma Rusiya da ciddi şəkildə irəliləmir. Görünən odur ki, hər iki tərəfdə ciddi narahatlıq və yorğunluq var. Amma mən Ukrayna tərəfinin bu vəziyyətə düşməsinin səbəblərini digər iki amillə izah edə bilərəm. Birincisi, ABŞ-da keçiriləcək seçkilər məsələsidir. Hansı ki, hazırda Birləşmiş Ştatlar administrasiyasının başı ölkə daxilindəki məsələlərə qarışıb. Yəni seçki ilə bağlı bütün resurslar ora səfərbər olunub. Demək olar ki, Ukrayna mövzusu ikinci plana keçib. İkincisi, İsrail və Hizbullah arasında baş verən münqişəyə görə, dünyanın diqqəti Yaxın Şərqə yönəlib və Ukrayna məsələsi kölgədə qalıb. Biz Ukrayna məsələsi ilə bağlı pərdəarxası danışıqların getdiyini də görürük. Hələ ki, nə Rusiya torpaqları geri qaytarır. nə də Ukrayna geri addım atır. Qərb isə çətin vəziyyətdə qalıb. Çünki Qərb Ukraynanı tam şəkildə təcrid etmək istəmir. Belə olsa, Şərqi Avropa dövlətləri növbəi hədəfə çevriləcək. Bu isə yeni müharibənin başlanması demək olacaq. Bu baxımdan düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi yeni ilə qədər davam edəcək. Hava soyuduqca isə müharibədə sönüklük müşahidə olunacaq. Razılıq əldə olunmasa, müharibənin hələ ən azı bir il də davam etməsi gözləniləndir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*