Qərb Ermənistanı aldadır – Xüsusi məlumat backend

Qərb Ermənistanı aldadır - Xüsusi məlumat 

“Qərb ölkələri Ermənistanın KTMT-dən çıxmasına can atırlar ki, bu da İrəvanı Azərbaycanla gələcək qarşılıqlı fəaliyyət məsələlərində NATO ölkələrindən daha da asılı vəziyyətə salacaq”. 

KONKRET.az Gazeta.ru-ya istinadən xəbər verir ki, bunu MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının  iclasında FTX-nin  direktoru Aleksandr Bortnikov deyib. Onun sözlərinə görə, Qərb Ermənistanı Azərbaycanla danışıqları gecikdirməyə inandırmaqla münaqişənin həlli prosesinə rəhbərlik etməyə və regionda öz kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır: “Eyni zamanda, Qərb güzəştli silah tədarükü və təhlükəsizlik təminatları müqabilində Ermənistan hökumətindən KTMT-dən çıxmağı tələb edir. Bu da İrəvanı Bakı ilə gələcək münasibətlərdə Şimali Atlantika Alyansından daha da asılı vəziyyətə salacaq”.

Bortnikov daha sonra NATO-nun müxtəlif regionlarında vasitəçiliyinin əvvəlki təcrübəsini xatırladıb,  Şimali Atlantika Alyansının Cənubi Qafqazda möhkəmlənməsinin sabitliyə gətirib çıxarmayacağını qeyd edib. Bundan əvvəl Rusiya  Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının Cənubi Qafqazda dağıdıcı siyasətini sərt tənqid etmişdi. Zaxarova  Avropa İttifaqının  İrəvana ordunun inkişafı üçün 10 milyon avro məbləğində yardım göstərmək planlarını yanılış addım hesab edir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*