Qərb Kiyevə qoşun göndərir?backend

Qərb Kiyevə QOŞUN göndərir?

Kiyevin Qərbdəki müttəfiqləri heç vaxt öz əsgərlərini Ukraynaya göndərmək imkanını müzakirə etməyiblər.

KONKRET.az xəbər verir ki, bunu İtaliya xarici işlər naziri Antonio Tayani deyib.

“Mənə bu haqda heç nə məlum deyil. Biz heç vaxt qoşunların Kiyevə göndərilməsi barədə danışmamışıq. Srağagün AB XİN başçıları və ABŞ dövlət katibi Entoni Binkenlə görüşlərdə də bu barədə söhbət olmadı”, – Tayani bildirib.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban Qərbin Ukrayna qoşun göndərməsilə bağlı hazırlıq apardığını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*