Qərb Rusiyanı Cənubi Qafqazdan belə qovur: Moskva zərbəni Türkiyədən alır, yoxsa…? – ŞOK DETALLARbackend

Qərb Rusiyanı Cənubi Qafqazdan belə qovur: Moskva zərbəni Türkiyədən alır, yoxsa...? - ŞOK DETALLAR

Rusiyalı politoloq Andrey Areşevin, “Moskva Cənubi Qafqazda hərbi mövcudluğunu məhdudlaşdıra bilər” açıqlaması birmənalı qarşılanmayıb. Üstəlik, politoloqun bunu Türkiyə faktoru ilə əlaqələndirməsi xeyli müzakirələrə yol açıb. Belə ki, politoloq Türkiyənin regionda güclənməsi fonunda Rusiyanın Cənubi Qafqazda hərbi mövcudluğunun zəiflədiyinə diqqət çəkib. Bəs görəsən, Andrey Areşevin fikirlərində həqiqət varmı?

Mövzunu “KONKRET.az“a şərh edən politoloq İlham İsmayıl bildirib ki, Rusiyanın Cənubi Qafqazda təsiri azalıb və bunu inkar etmək olmaz:

İlham İsmayıl: “Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət göstərməyiblər?” Pravda.az

“Ancaq bu azalmanı Areşevin dediyi kimi Türkiyə faktoru ilə əlaqələndirmək doğru deyil. Hazırda Rusiya rəsmi formada yalnız Ermənistanda mövcuddur. Doğrudur, qeyri-rəsmi şəkildə Gürcüstanda Cənubi Osetiya və Abxaziya məsələsi ilə öz varlığını davam etdirir. Azərbaycanda isə Rusiyanın hərbi mövcudluğu faktiki olaraq yoxdur. Amma Areşevin məsələni Türkiyə faktoru ilə əlaqələndirməsi səhv yanaşmadır. Türkiyənin Rusiyanın Cənubi Qafqazda təsirini itirməsinə səbəb olan heç bir təzyiq vasitəsi yoxdur. Təzyiq bütövlükdə Qərbdən gəlir. Ancaq bu, birbaşa Rusiyaya yönəlmir. Qərb Ermənistan vasitəsi ilə Kremlə təzyiq göstərməyə çalışır. Ermənistan rəhbərliyi isə Qərbyönümlü siyasət yürütdüyündən bunu həyata keçirmək asanlaşır. Birinci addımı Ermənistan avqustun 1-də “Zvartnots” aeroportunda atdı. Belə ki, oradakı rus sərhədçiləri çıxarıldı. ikinci addım oktyabrın 7-də MDB dövlət başçılarının görüşündə atıldı. Burada Paşinyan Putinlə Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədlərini bərabər qorumaqla bağlı razılığa gəldi. Üstəlik, Mehridəki nəzarət-buraxılış məntəqəsini tamamilə ləğv edərək rusları ərazidən çıxartdı. Bu, birbaşa Zəngəzur dəhlizinə nəzarətlə bağlı olan məsələlərdir. Ona görə də, burada Türkiyəni yox, Qərbi günahlandırmaq lazımdır”.

Politoloqun sözlərinə görə, Rusiya artıq baş verənlərə reaksiya sərgiləməyə başlayıb:

“İki gün əvvəl Zaxarova Zəngəzur dəhlizinə nəzarəti əldən verməyəcəklərini bəyan etdi. Bunun 10 noyabr üçtərəfli razılaşma əsasında həyata keçiriləcəyini vurğuladı. İkincisi, Rusiya Ermənistan hərbçilərinin birgə təlimi keçirildi. Bunun hərbi yox, siyasi yükü var idi. Məqsəd o idi ki, Rusiya Ermənistandan getmədiyini açıq-aşkar göstərsin. Ona görə də, Rusiyanın zəifləməsi Cənubi Qafqazı asanlıqla əldən verəcəyi anlamına gəlməməlidir. Çünki Rusiya Ermənistanda həm siyasi, həm də iqtisadi cəhətdən mövcuddur. Onu asanlıqla əldən verəcəyi inandırıcı deyil. Bunun üçün çox uzun zamana ehtiyac var”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*