“Qərb Ukraynanı dəstəkləməkdən yorulub” – XİN etiraf etdibackend

"Qərb Ukraynanı dəstəkləməkdən yorulub" - XİN etiraf etdi

“Qərb ölkələri Ukraynanı dəstəkləməkdən yorulur və getdikcə münaqişənin hansısa formada həllinə ümid edir”.

KONKRET.az xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen “Financial Times” qəzetinə müsahibəsində deyib.

Nazir etiraf edib ki, Yaxın Şərqdə münaqişənin başlanması həm diqqəti, həm də resursları yayındırıb:

“Üstəlik, yaranmış vəziyyət bir çox ölkələri Ukrayna məsələsində həll yolu tapmaq barədə düşünməyə vadar edib”.

Oktyabrın 12-də Finlandiyanın keçmiş prezidenti Sauli Niinist bildirib ki, Qərb ölkələrinin Ukraynaya dəstək resursları tükənir.

Daha əvvəl “Politico” yazmışdı ki, NATO-nun müdafiə nazirləri tezliklə Rusiya ilə bağlı uzunmüddətli siyasətlərinə yenidən baxmağı planlaşdıracaqlar.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*