Qərb Ukraynanın qələbəsinə şübhə edirbackend

Qərb Ukraynanın qələbəsinə şübhə edir

Ukrayna böhranı lokal münaqişə deyil, geosiyasi kontekstə malikdir.

KONKRET.az “Gazeta.Ru”-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksey Polisçuk  Qərb mediasının münaqişənin həlli ilə bağlı təkliflərini şərh edərkən deyib. Polisçuk daha sonra qeyd edib ki, Ukrayna münaqişəsi geosiyasi aspekti nəzərdə tutur və buna görə də beynəlxalq siyasətdə Almaniya, Koreya, Kipr və digər beynəlxalq münaqişələrin həlli ssenarilərindən əsaslı şəkildə fərqlənir. Onun sözlərinə görə, Moskvanın münaqişənin həlli ilə bağlı prinsipial mövqeyi var və Rusiyanın maraqları təmin olunmalıdır:

“Digər məsələlərlə yanaşı, Ukraynanın rusdilli əhalisinin hüquq və azadlığını təmin etmək lazımdır”, deyə Polisçuk əlavə edib. Diplomatın sözlərinə görə  Vaşinqton da  Ukraynanın qələbəsinə şübhə ilə baxır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*