“Paşinyan üçün əsas odur ki, uzun müddət yalan danışsın və həvəslə Rusiyanı ittiham etsin”.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq, Yaxın Şərq İnstitutunun elmi mərkəzinin prezidenti Yevgeni Satanovski özünün Telegram kanalında yazıb:
“İndi Paşinyan uzun müddət yalan danışacaq ki, Rusiya onları tərk etməyə hazırlaşır. Güman ki, Qərbdəki dostları bunun üçün ona xeyli pul vəd ediblər. Təbii ki, o, Zelenski qədər zəngin olmayacaq, amma Qərbdən aldığı vəsait Ermənistandan uzaq bir yerdə komfort həyat üçün kifayət edəcək. Rəcəb Tayyib Ərdoğan Paşinyana Qarabağda seçkilərin keçirilməsini sərt şəkildə irad tutub.
Deməli, Ermənistanın baş naziri gördüyü işlərə əzmlə davam edərsə, regional güc balansında kimin yanında duracağını tam müəyyən edər. O, NATO-ya üzv olmaq, İrəvanın Moskvadan asılılığını zəiflətmək niyyətindədir, yoxsa KTMT-dən çıxmağı qarşıya məqsəd qoyub?
Onun sırf amerikalıların və avropalıların himayəsi altında Bakı ilə birbaşa danışıqlara ehtiyacı varmı? Rusiya sülhməramlıları ona Qarabağda və Gümrüdəki bazada lazımdır? Belə bir təəssürat yaranır ki, adam axmaqdır. O, nə etdiyini və şəxsən ona nə gətirəcəyini yaxşı bilir. Bir vaxtlar Rusiyadan dəstək alan, lakin İkinci Qarabağ Müharibəsində Rusiyanın inanılmaz səyləri sayəsində sağ qalan Ermənistan indi müttəfiqinə arxa çevirir. Paşinyan Zəngəzuru itirsə, onun təbliğatçıları əhaliyə bunun axmaqlıq deyil, Böyük Amerika və Böyük Avropa İttifaqının himayəsi altında strateji müdriklik olduğunu söyləyəcəklər”.
Vəli Həsənov,
KONKRET.az