Qərbin əsas silah şirkətlərinin satışları 7,5% ARTIBbackend

Qərbin əsas silah şirkətlərinin satışları 7,5% ARTIB

ABŞ və Avropanın on əsas silah şirkəti keçən ilin son rübündə dövriyyəsini 7,5% artırıb.

KONKRET.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.

Bildirilib ki, bu Qərb müəssisələri Ukraynadakı münaqişədən faydalanır.

Məlumata görə, bundan əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Ukraynaya mərmilərin tədarükü üçün üç bəndlik plan təklif edib.

Qeyd edək ki, ABŞ dünyanın ən çox silah ixrac edən ölkəsidir. Belə ki, ABŞ-ın qlobal silah ixracındakı payı 40% təşkil edir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*