“Qərbin məqsədi sülhməramlılarla Azərbaycan Ordusu arasında toqquşmaları qızışdırmaqdır” – Korotçenko backend

"Qərbin məqsədi sülhməramlılarla Azərbaycan Ordusu arasında toqquşmaları qızışdırmaqdır" - Korotçenko 

“Qərbin məqsədi sülhməramlılarla Azərbaycan Ordusu arasında toqquşmaları qızışdırmaqdır”.

KONKRET.az xəbər verir ki, bu barədə siyasi ekspert və məsləhətçi, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko Teleqram kanalda yazıb.

“Erməni lobbisinin, beynəlxalq erməni diasporunun və onun arxasında duran Qərb kəşfiyyat xidmətlərinin (MKİ və DGSE) məqsədi və vəzifəsi Rusiya sülhməramlı kontingenti (RSK) ilə Azərbaycan Ordusu arasında toqquşmaları qızışdırmaqdır. Niyyət budur ki, bu toqquşmalar Rusiya ilə Azərbaycan arasında sonradan Türkiyənin iştirakı və NATO ölkələrinin Cənubi Qafqaz hərbi kontingentinə daxil olması ilə genişmiqyaslı hərbi münaqişəyə çevrilsin.

Əslində, söhbət hazırda Ukraynada əməliyyatlar aparan və bütün hərbi, iqtisadi səylərini bunun üzərində cəmləyən Rusiya Federasiyasına qarşı ikinci cəbhənin açılmasından gedir.

Və bütün bunlar ona görədir ki, erməni millətçilərinin Qarabağı Azərbaycandan ayırmaq və orada çürümüş, korrupsioner separatçı administrasiyanı saxlamaq istəklərini həyata keçirsinlər.

Bir vaxtlar erməni millətçiləri artıq SSRİ-nin dağılması mexanizmini işə salmışdılar. İndi də Rusiya Federasiyasının dağılması mexanizmini işə salmaq istəyirlər.

Moskva praktiki siyasətində Rusiya ilə Azərbaycan arasında müttəfiqlərin qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin əsas prinsiplərindən çıxış etməlidir.

Qarabağ Azərbaycandır! Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyət göstərən erməni separatçılarının rejimi Rusiyanın qətiyyən nə dostu, nə də müttəfiqidir.

Rusiya Federasiyası öz milli maraqlarının zərərinə dünya ermənilərinin eqoist siyasi maraqlarının həyata keçirilməsi üçün alət olmamalıdır və olmayacaq da.

Kaliforniyada isə “Arsax” yaradılmalıdır – orada şərait, iqlim və demoqrafik vəziyyət kifayət qədər uyğundur. ATƏT-in Minsk Qrupu – Kömək edin!”, – deyə Korotçenko yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*