Qətər əmiri ilk dəfə bu türk ölkəsinə səfər edəcəkbackend

Qətər əmiri ilk dəfə bu türk ölkəsinə səfər edəcək

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əs-Sani, Özbəkistan Prezidenti Şövkət Mirziyayevin dəvəti ilə iyunun 5-6-da ilk dəfə bu ölkəyə səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Özbəkistan” məlumat yayıb.

Məlumata görə, dövlət başçıları həmçinin beynəlxalq siyasətin aktual məsələlərini və regional gündəliyi müzakirə edəcəklər:

“Ən yüksək səviyyədə danışıqlar zamanı Özbəkistan-Qətər çoxşaxəli münasibətlərinin gələcək inkişafı məsələlərinə baxılacaq. Söhbət ilk növbədə fəal siyasi təmasların və mədəni-humanitar mübadilənin davam etdirilməsindən, enerji, qaz-kimya sənayesi, kənd təsərrüfatı, infrastruktur sahələrində iri investisiya layihələrinin həyata keçirilməsindən gedir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*