Qətərdəki mundialın ən gənc və ən yaşlıları – SİYAHIbackend

Qətərdəki mundialın ən gənc və ən yaşlıları - SİYAHI

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının ən yaşlı və gənc baş məşqçilər bəlli olub.

KONKRET.az xəbər verir ki, Niderland yığmasının sükanı arxasında olan Lui Van Qal ən yaşlı mütəxəssisdir.

Təcrübəli baş məşqçi 71 yaşında mundialda iştirak edəcək. Argentina millisində işləyən 44 yaşlı Lionel Skaloni ən gənc baş məşqçidir.

Turnirin “qoca” kapitanı kanadalı Atiba Hatçinson (39 yaş), ən gənci isə ingiltərəli Harri Keyndir (29 yaş).

DÇ-2022-nin ən gənc qapıçısı kamerunlu Simon Nqapanduentpunun 19 yaşı var. Ən yaşlı çərçivə qoruyucu isə 40 yaşlı meksikalı Alfredo Talaveradır.

Mundialın ən gənc yığması 24 yaş ortamalası ilə Qana kollektivi, ən yaşlı komandası isə İran və Meksika (hər ikisi 28) seçmələridir.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.//Report

Yaş ortalaması Ölkələr
24 Qana
25 Ekvador, İspaniya, ABŞ
26 Kamerun,Kanada, İngiltərə, Fransa, Almaniya, Mərakeş, Niderland, Portuqaliya, Qətər, Seneqal, Serbia, Uels
27 Argentina, Avstraliya, Belçika, Braziliya, Kosta-Rika, Xorvatiya, Danimarka, Yaponiya, Polşa, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, İsveçrə, Tunis, Uruqvay
28 İran, Meksika

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*