Qətl törətməkdə şübhəli bilinən 61 yaşlı kişi saxlanıldıbackend

Qətl törətməkdə şübhəli bilinən 61 yaşlı kişi saxlanıldı

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 57 yaşlı Hacıyev Rasim Kərim oğlunu qətlə yetirməkdə şübhəli bilinən 1962-ci il təvəllüdlü Əliyev Faiq Rafiq oğlu saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan KONKRET.az-a bildirilib ki, adıçəkilən şəxs istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, noyabrın 3-də Xaçmaz rayonunda evlərin birində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan kişi meyitinin olması ilə bağlı polisə məlumat daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*