Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində “Abxaziya vətəndaşı”nı öldürməkdə şübhəli bilinən Azərbaycan və Özbəkistan vətəndaşları saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Abxaziyadakı de-fakto rejimin “Daxili İşlər Nazirliyi” yayıb.
Qətlə yetirilən Rıdvan Xan İpa həm də Türkiyə sakini olub.
Avqustun 6-da Azərbaycan və Özbəkistan vətəndaşları axtarışa verilibvə hər iki şübhəli avqustun 8-də saxlanılıb.