Qeydiyyata necə düşək? – Cərimələnə bilərsiniz…backend

Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...

Təcrübə onu göstərir ki, insanlar yaşadıqları və olduqları yerləri dəyişsələr də, həmin yerlərdə qeydiyyata düşməyə o qədər də maraqlı olmurlar. Lakin ölkə qanunvericiliyinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə yanaşı, Azərbaycan vətəndaşları yaşayış yeri və olduqları yer üzrə qeydiyyata alınmalıdırlar. 

KONKRET.az xəbər verir ki, burada yaşayış yeri dedikdə, şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

Olduğu yer isə şəxsin yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) qəbul edilir.

Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Bu məqsədlə yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (çıxarış və ya kirayə müqaviləsi) həmin orqana təqdim edilməlidir.

Müvafiq sənədlər təqdim edilmədikdə, həmçinin şəxsin qeydiyyata alınacağı halda (ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), yaşayış sahəsində yaşayanların hər birinə qanunla müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə, eyni zamanda, şəxsin qeydiyyata alınmaq istədiyi ev uçmaq təhlükəsi altında olduqda qeydiyyata alınmaqdan imtina edilir.

Vətəndaşın yaşadıqları yerdən qeydiyyatdan çıxarılması isə aşağıdakı kimi olur:

– Yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

– Başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

– Ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*