Azərbaycan Ermənistanla sülh sazişinin təşəbbüskarıdır.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Baş naziri Viktor Orbanla mətbuata bəyanatında bildirib.
Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq üçün 2 şərtinin məlum olduğunu açıqlayan Prezident İlham Əliyev deyib ki, Ermənistan hələ bu şərtləri qəbul etmək istəmir: “Ancaq yəqin ki, bu şərtlər qəbul ediləcək. Çünki biz qeyri-adi şərtlər irəli sürməmişik”.