QƏZA – Yevlaxda sərnişin avtomobilin altında qalaraq həyatını itirdibackend

QƏZA - Yevlaxda sərnişin avtomobilin altında qalaraq həyatını itirdi

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın xəbərinə görə, hadisə Bakı – Qazax yolunun Yevlax şəhəri ərazisindən keçən hissəində avtovağzalın yanındakı 4 yolda qeydə alınıb.

Hadisə zamanı VAZ-21015 markalı avtomobillə “Mercedes-Vito” markalı avtomobil toqquşub. Gəncə istiqamətindən gələn “Mercedes-Vito”, Yevlax şəhərindən çıxan VAZ 21015 avtomobili tərəfindən vurulub. Nəticədə “Vito” aşaraq bir neçə metr sürüklənib. Zərbə zamanı “Mercedes-Vito” avtomobilinin içində olan bir qadın sərnişin maşının altında qalaraq dünyasını dəyişib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*