Bakı-Quba yolunda xəsarət alan müəllimlər evə buraxıldı – YENİLƏNİBbackend

Bakı-Quba yolunda xəsarət alan müəllimlər evə buraxıldı - YENİLƏNİB

Bakı-Quba yolunda baş verən qəzada xəsarət alan 3 nəfər (hər biri qadın olmaqla) ambulator müalicə üçün evə buraxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunan 1 nəfər (kişi olmaqla) isə ötən gün əməliyyat olunub, hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsinə davam edilir, vəziyyəti stabildir.

Qeyd edək ki, dünən səhər saatlarında Bakı-Quba yolunda qəza baş verib. Qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib.

13.12.2022 – 15:44

Bakı-Quba yolunda baş verən hadisə ilə əlaqədar 3 nəfərin (hər biri qadın olmaqla) müalicəsinə TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzində davam edilir.

TƏBİB-dən KONKRET.az-a verilən məlumata görə, onların vəziyyəti hazırda orta ağırdır.

Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan 1 nəfər isə ( kişi olmaqla) Sumqayıt Tibb Mərkəzinə təxliyə olunub.

Xatırladaq ki, xəsarət alanların diaqnozları əsasən döş qəfəsinin küt travması, kürəyin küt travması, sınıqlar, cırılmış yaralar olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*