Qəzadan sağ çıxan sərnişin danışdı: Pilotlar nələr edib?backend

Qəzadan sağ çıxan sərnişin danışdı: Pilotlar nələr edib?

Aktauda qəzaya uğrayan təyyarənin sərnişini qəza barədə danışıb.

KONKRET.az xəbər verir ki, bu barədə Teleqram kanalları yazıb.

Özünü Subxonkul olaraq təqdim edən 48 yaşlı kişinin dediyinə görə, təyyarə 2-3 dəfə eniş etməyə çalışıb, lakin bunu edə bilməyib, bu hadisə Qroznı yaxınlığında baş verib.

Daha sonra o və digər sərnişinlər bir partlayış səsi eşidiblər, amma partlayışın nə və harada baş verdiyini anlamayıblar. Bundan sonra təyyarə başqa istiqamətdə uçmağa başlayıb:

“Pilot sağ olsun, öz manevri ilə bizi xilas etdi. Əgər o olmasaydı, biz hamımız həlak olardıq. Təyyarənin quyruq hissəsi dağılıb”.

Subxonkul bildirib ki, oksigen maskaları düşəndə, onlarda oksigen, demək olar ki, yox idi. O, arxa oturacağa keçib və başqa maska götürüb. Həmçinin onun sözlərinə görə, təyyarə yerə düşməzdən əvvəl bir müddət dövrə vurub. Subxonkul bildirir ki, onun ətrafında oturan hər kəs sağ qalıb.

Möcüzə nəticəsində zərər görməyən Subxonkul hazırda güclü baş ağrılarından əziyyət çəkir. O, Yekaterinburqda yaşayır, Qroznıya işləri ilə əlaqədar gedirmiş və Bakı üzərindən transit edib./axaraz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*