Qəzaya uğrayan təyyarə ilə bağlı yeni iddia: 50 dəqiqə uçubbackend

Qəzaya uğrayan təyyarə ilə bağlı yeni iddia: 50 dəqiqə uçub

Qəzaya uğrayan “Embraer 190” işləməyən idarəetmə sistemləri ilə 50 dəqiqədən çox uçub.

KONKRET.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı Aktau hava limanındakı mənbəyə istinadla məlumat yayıb.

Mənbə bildirib ki, onlar Rostovdakı dispetçerdən AZAL təyyarəsində fövqəladə vəziyyət barədə məlumat alıblar.

“Pilotlar səhər saat 8:35-də (Bakı vaxtı ilə 09:35) təyyarənin quşlarla toqquşması barədə məlumat veriblər. Bundan sonra “Embraer”in göyərtəsində qaz balonu partlayıb və idarəetmə sistemləri sıradan çıxıb. Hava gəmisinin komandiri birbaşa Aktau hava limanına eniş tələb edib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, pilotlar təyyarəni yalnız mühərrikin gücü ilə idarə ediblər, çünki liftlər işləməyib. Təyyarə sahilə yaxınlaşanda ekipaj bir neçə dönüş həyata keçirib. Komandir hava limanında eniş üçün eniş konfiqurasiyası yarada bilməyib və bortu havadan seçilmiş yerə endirmək qərarına gəlib./axaraz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*