Qəzaya uğrayan təyyarə Rusiya HHQ-nin hücumuna məruz qalıb – SON DƏQİQƏbackend

Qəzaya uğrayan təyyarə Rusiya HHQ-nin hücumuna məruz qalıb – SON DƏQİQƏ

Aktauda qəzaya uğrayan təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Üstəlik, Rusiya tərəfinin elektron döyüş sistemlərindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic edilib.

Məhz bu vəziyyətə görə təyyarə Rusiya aviasiya məkanında radarlardan itib. Qeyd edək ki, Rusiya mənbələrinin məlumatına görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya hava hücumundan müdafiə qüvvələri Ukrayna PUA-larını vurmağa cəhd edib. Belə ki, Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının rəhbəri Həmzət Kadırov dekabrın 25-i səhər Qroznıda pilotsuz təyyarə hücumu faktını təsdiqləyərək, itki və dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamaq məcburiyyətində qalıb. Amma  Çeçenistan üzərində uçuşa qadağa zonası elan edilməyib. Beləliklə, Qroznı hava limanı təyyarənin enişinə icazə verməyib. Eyni zamanda Azərbaycan təyyarəsinə Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enişə də icazə verilməyib.

Hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalan təyyarə Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. Hadisəni törədənlər hesab edib ki, təyyarə Xəzər dənizinə düşəcək və şahidlərin hamısı məhv olacaq. Bütün bunlar fərziyyə olsa da həqiqətə uyğundur.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*