Qəzza zolağında 1,3 mindən çox uşaq öldürülüb – Riyad əl-Malikibackend

Qəzza zolağında 1,3 mindən çox uşaq öldürülüb - Riyad əl-Maliki

Fələstin-İsrail münaqişəsinin başlamasından sonra Qəzza zolağında 1,3 mindən çox uşaq ölüb.

KONKRET.az xəbər verir ki, bunu Səudiyyənin Ərəbistanının Ciddə şəhərində İƏT-in icraiyyə komitəsinin iclasında Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bildirib.

“İsrail Qəzza zolağına zərbələr endirməklə 1300-dən çox uşağı öldürüb və 1 milyondan çox fələstinlini bir həftə ərzində evlərini tərk etməyə məcbur edib”, – nazir deyib.

Maliki həmçinin qeyd edib ki, Qəzza zolağında eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı 3,4 mini keçib, 12 mindən çox yaralı var.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*