Qəzza zolağında qaçqın düşərgəsinə aviazərbələr endirildi – 100-dən çox ölü varbackend

Qəzza zolağında qaçqın düşərgəsinə aviazərbələr endirildi - 100-dən çox ölü var

İsrailin Qəzza zolağındakı Cəbəliya qaçqın düşərgəsinə endirdiyi aviazərbələr nəticəsində 100-dən çox fələstinli ölüb, 150 nəfər yaralanıb.

KONKRET.az “Al Arabiya”ya istinadən xəbər verir ki, bu haqda Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb.

Qəzzanın daxili işlər nazirliyinin məlumatına görə, İsrail qaçqın düşərgəsini hər biri bir ton partlayıcı olan 6 mərmi ilə bombalayıb.

Daha sonradan hava hücumları nəticəsində ölən və yaralananların ümumi sayının 400-ə yaxın olduğu bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*