Qəzzadakı Yunan Pravoslav Kilsəsi hava hücumu nəticəsində zədələndibackend

Qəzzadakı Yunan Pravoslav Kilsəsi hava hücumu nəticəsində zədələndi

Qəzza zolağında yerləşən Müqəddəs Porfirios Yunan Pravoslav Kilsəsi İsrailin hava hücumu nəticəsində zədələnib.

KONKRET.az xəbər verir ki, bu barədə Qüds Patriarxlığının bəyanatında bildirilir.

“İsrailin kilsələrə. eləcə də sığınacaqlara hücumu müharibə cinayətidir”, – bəyanatda deyilir.

Məlumata görə, İsrailin hava hücumu Qəzza şəhərinin mərkəzində Rum Pravoslav Kilsəsinə aid binalardan birinin uçmasına səbəb olub. Binaya sığınan çoxlu sayda insanın xəsarət aldığı qeyd edilir.

İsrail Müdafiə Qüvvələri bölgədəki kilsə divarının zədələndiyini etiraf edib.

“Bu gün səhər saatlarında İsrail ordusunun qırıcı təyyarələri raket və minaatanlardan atəş açmaqla HƏMAS terrorçusuna məxsus komanda-nəzarət mərkəzinə zərbələr endirib. Biz itkilərlə bağlı məlumatlardan xəbərdarıq. Hadisə ilə bağlı araşdırma aparılır”, – məlumatda deyilir.

“HƏMAS öz mövqelərini qəsdən yaşayış məntəqələrinə yaxın yerləşdirir ”, – deyə İDF bildirib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*