Qırğızıstan 27 min vətəndaşını Tacikistanla sərhəddən köçürdübackend

Qırğızıstan 27 min vətəndaşını Tacikistanla sərhəddən köçürdü

Tacikistanla sərhəddəki münaqişə bölgəsindən 27 mindən çox Qırğızıstan vətəndaşı evakuasiya olunub.

KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə nazirinin müavini Eliza Soltanbəyova mətbuat konfransında deyib.

“Batkən bölgəsində 27 358 nəfər təxliyyə olunub”, – deyə nazir müavini bildirib.

Nazir müavininin sözlərinə görə, psixoloqlar bu insanlarla işləyir və onlar lazımi bütün tibbi yardımla təmin olunub. Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgəsinin sakinləri arasında qarşıdurma başlayıb və bu, sərhədçilər arasında silahlı qarşıdurmaya çevrilib. Hər iki tərəfdən təxminən 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb. Qırğızıstan tərəfi bu toqquşmada 33 vətəndaşının həlak olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*