Qırğızıstan parlamentinin deputatları özünü buraxmaq barədə qərar qəbul ediblər. Səsvermədə iştirak edən 89 deputatdan 84-ü bu qərarın lehinə səs verib. Bununla da ölkədə növbədənkənar parlament seçkilərinə yol açılıb.
KONKRET.az xəbər verir ki, parlamentin spikeri Turgunbek uulu seçkilərin 30 noyabrda keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu addım siyasi sabitliyin qorunması məqsədilə atılıb.
Deputat Ulan Primov çıxışında bildirib: “2026-cı ilin noyabrında Qırğızıstanda parlament seçkiləri, bir ay sonra isə prezident seçkiləri keçirilməli idi. Siyasi təlatümlərin qarşısını almaq üçün parlament seçkilərinin daha tez baş tutması vacib idi”.
Beləliklə, ölkədə parlamentin buraxılması ilə yeni siyasi mərhələyə qədəm qoyulur və seçki kampaniyasının yaxın vaxtlarda start götürəcəyi gözlənilir.
Müşviq Tofiqoğlu
KONKRET.az